Lukaşenko Borreli pis insan adlandırıb

Lukaşenko Borreli pis insan adlandırıb

Belarus prezidenti Aleksandr Lukaşenko Avropa İttifaqı rəhbəri Josep Borrellin Rusiyanın NATO-ya hücum planları ilə bağlı bəyanatını “cəfəngiyyat”, siyasətçinin özünü isə “pis insan” adlandırıb.
SİA-nın əldə etdiyi məlumata görə, onun sözlərini BELTA sitat gətirir.

Lukaşenko qeyd edib ki, Borrelin Ukraynadan sonra Rusiya NATO-ya hücum edəcək bəyanatının mövzusu hazırda aktiv şəkildə “sürətləndirilir”.

...Bu cəfəngiyatdır. Bu adam sadəcə pisdir. Onun siyasətlə heç bir əlaqəsi yoxdur. Ağıllı olsaydı, iş adamı kimi belə düşünərdi: Allah eləməsin ki, Rusiya və mən bu problemləri həll edə bilək. Bu problemlərin üstünə yeni problemlər qatacağıqmı? İstənilən şəxs belə düşünər.

Belarus prezidenti deyir bunu.

Lukaşenkonun sözlərinə görə, nə Moskva, nə də Minsk döyüşmək istəmir və onların yeni münaqişələrə vaxtları yoxdur. Eyni zamanda o hesab edir ki, 2024-cü ildə Ukraynada nizamlanma məsələsində irəliləmək şansı var.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə