Ukrayna və Gürcüstan məcburi NATO-ya daxil edilib..?

Ukrayna və Gürcüstan məcburi NATO-ya daxil edilib..?

Ukrayna və Gürcüstan Şimali Atlantika Müqaviləsi Təşkilatına üzv olmalıdır. SİA-nın əldə etdiyi məlumata görə, bu sözləri NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina Gürcüstanın İctimai Yayımlarına müsahibəsində deyib.

O, NATO-nun 2008-ci ildə Buxarest sammitinin qərarına sadiq qaldığını təsdiqləyib.

Bu, siyasi qərardır və hər iki ölkə mütləq alyansın üzvü olacaq, - deyə Xavyer Kolomina izah edib.

NATO nümayəndəsi həmçinin bildirib ki, təşkilat “tələb olunan islahatları görmək istəyir”.

Xatırladaq ki, bundan əvvəl Fransanın keçmiş prezidenti Nikola Sarkozi Ukraynanın NATO-ya üzvlüyünə qarşı çıxış etmişdi.

O, prezidentliyi dövründə Ukrayna və Gürcüstanın alyans strukturlarına inteqrasiyasının əleyhinə olduğunu vurğulamışdı.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə