İnternetdə Avdeevka yaxınlığında lentə alınan, rus hərbçisinin göz yaşları içində Ukrayna hərbçilərinə həyatını xilas etmək üçün yalvardığı video yayılıb.
Yayımlanan kadrlarda kamuflyaj geyimində olan rus əsgərinin qarla örtülü ərazidə döyüş meydanında dayanaraq mərhəmət diləməsi əks olunub.
SİA-nın əldə etdiyi məlumata görə, video “Ukrayna 365” Telegram kanalı tərəfindən yayımlanıb.
Videonu çəkən ukraynalı pilotsuz təyyarə operatoru mərhəmət göstərərək əsgərə cəbhə xəttini keçərək təslim olmaq şansı verib. Amma buna baxmayaraq, işğalçı qaçaraq düşmən səngərlərində gizlənib.
Bunu hərbi jurnalist Yuri Butusov Telegram kanalında bildirib.
Jurnalistin sözlərini sitat gətirən Ukrayna Silahlı Qüvvələrinin 110-cu mexanikləşdirilmiş briqadasının əsgərləri “Növbəti dəfə ona mərhəmət olmayacaq” deyib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB