Rusiya hərbçiləri Donetsk yaxınlığında yerləşən Maryinka kəndini tamamilə azad edib. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu Rusiya prezidenti Vladimir Putinlə görüşündə bildirib.
...Aktiv hücum əməliyyatları zamanı "Yujnaya" qrupunun hücum dəstələri bu gün Donetskdən 5 km cənub-qərbdə yerləşən Maryinka kəndini tamamilə azad edib. Doqquz il ərzində Ukrayna Silahlı Qüvvələri orada güclü istehkam ərazisi inşa etmişdilər.
Bunu Şoyqu Putinə hesabat verərkən deyib.
O qeyd edib ki, möhkəmləndirilmiş əraziyə yeraltı keçidlər daxildir. Həmçinin, nazirin sözlərinə görə, hər bir küçənin artilleriya və aviasiya hücumlarından yaxşı mühafizə olunan öz möhkəmləndirilmiş tikililəri, uzunmüddətli atəş nöqtələri, mürəkkəb yeraltı rabitə sistemləri olub.
...Hərbi personalımızın qətiyyətli hərəkətləri sayəsində bu möhkəmləndirilmiş ərazi pozulub. Bunu deyən müdafiə naziri, Marinkada 3 mindən çox evin olduğunu, hər birinin yaxşı möhkəmləndirilmiş nöqtə olduğunu vurğulayıb.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB