“Ölməkdən imtina etdiyi üçün məhkum edilib”

Ordudan qaçan gəncə yeddi il həbs kəsiblər...
“Ölməkdən imtina etdiyi üçün məhkum edilib”

Komsomolsk-na-Amurdan səfərbər olan 22 yaşlı Dmitri Xasnulin Ukraynaya göndərilməzdən əvvəl iki dəfə hərbi hissədən qaçıb. Sonradan o, könüllü olaraq təslim olduğu və tövbə etdiyi üçün şərti cəza alıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Dmitri ikinci dəfə qaçanda tutulularaq və eyni maddə ilə real müddətə - 7 il ciddi rejimli koloniyaya məhkum edilib.

Dmitri Xasnulinin dediyinə görə, o, nə müxalifətçi, nə pasifist, nə də vicdan məhbusudur.

Bunu onun ailəsi də təsdiq edir və belə hesab edir ki, ...Dmitri sadəcə ölmək istəmədiyi üçün həbs edilib.

Maraqlıdır ki, 9-cu sinfi bitirdikdən sonra Dmitri avtomexanik olmaq üçün texnikumda oxuyub, sonra Komsomolsk yaxınlığındakı hərbi hissədə sıravi kimi hərbi xidmətdə olub. Əsgərliyə qədər, 17 yaşında ailə qurmağı və uşaq sahibi olmağı da bacarıb.

Beləliklə, Dmitri Xasnulin hazırda cəzasını ciddi rejimli koloniyada çəkir.

O da maraqlıdır ki, Dmitri “seçimindən” tövbə etmir. Ondan bunu etdiyinə görə peşmandırmı?-soruşduqda. O, yox, ən azı on dəfə yenə qaçacağını deyir: “Mən müharibəyə getməkdənsə, vaxta xidmət etməyi üstün tuturam”.

...Oğlum ölmək istəmədiyinə görə indi ömrünün ən gözəl illərini həbsxanada, əsl cinayətkarların yanında keçirəcək.

Bunu Dimanın anası deyir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə