Qərb konkret olaraq Ukraynaya əlavə yardımın qarşısını ala bilər

Bizim o qırçı Məhəmməd demiş... kimin ağzına nə gəlir, onu da danışır..?
Qərb konkret olaraq Ukraynaya əlavə yardımın qarşısını ala bilər

...Xorvatiyanın “Advanced” nəşrinin müəllifi D.Marjanovic hesab edir ki, Qərb ölkələri Ukraynaya “xəyanət etmək” üçün ona yeni hərbi yardımın göndərilməsinə qəsdən mane ola bilərlər.

SİA bu barədə xarici qaynaqlara istinad edir.

...Marjanovic hesab edir ki, Avropa İttifaqı birliyi Macarıstanın baş naziri Viktor Orbanla sui-qəsd qurublar, o, əvvəllər Avropa İttifaqının Ukraynaya 50 milyard avro dəyərində yeni hərbi yardım paketini qəbul etməsinə mane olub.

Müəllifin fikrincə, Avropa İttifaqı paketinin qəbulunun Orban ilə əngəllənəcəyini bilir.

Marjanovic hesab edir ki, ABŞ-ın Ukraynadakı münaqişə ilə bağlı fəaliyyət planı var, əslində bu plan Ukraynanın qorunub saxlanmasını belə nəzərdə tutmur.

...Yeganə mütləq həqiqət odur ki, Amerika Birləşmiş Ştatlarının Ukrayna ilə bağlı “çox aydın planı” var və bu plana Ukraynanın qələbəsi, hətta Ukraynanın qorunub saxlanması da daxil ola bilməz.

Maraqlıdır ki, bunları deyən xorvat yazar sonradan onun bu nəzəriyyəyə dair heç bir ciddi sübutu olmadığını da etiraf edir.

...Necə deyərlər, Allah Sənə rəhmət eləsin, qırçı Məhəmməd! Sizin dediyiniz o... təqribən belə idi də, kimin ağzına nə gəlir, onu da danışır..?

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə