''Terrorla mübarizəmizi qətiyyətlə davam etdirəcəyik''

''Terrorla mübarizəmizi qətiyyətlə davam etdirəcəyik''

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan terrorla mübarizəni qətiyyətlə davam etdirəcəklərini bildirib.
SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, Rəcəb Tayyib Ərdoğan İstanbul Sabiha Gökçen hava limanının 2-ci uçuş-enmə zolağının açılışında çıxış edib.
Türkiyə Prezidenti çıxışında terrorla mübarizədə birlik və həmrəylik mesajı verib.
Terrorla mübarizənin davam edəcəyini söyləyən Türkiyə Prezidenti deyib: “Terrorla bizi məğlub edə bilməyəcəklər''.

Bütün xəbərlər Facebook səhifəmizdə