Ruslar hücum edir, lakin böyük itkilər verirlər...

Hazırda cəbhənin ən qaynar nöqtələri haradadır?
Ruslar hücum edir, lakin böyük itkilər verirlər...

Ukrayna Silahlı Qüvvələri cəbhənin bütün sahələrində düşməni dəf etməkdə davam edir. Təkcə son 24 saat ərzində, dekabrın 24-də cəbhə xəttində 66 hərbi toqquşma baş verib. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının səhər hesabatında deyilir. Ukrayna hərbçilərinin sözlərinə görə, düşmənin müdafiəni yarmaq cəhdləri uğursuz başa çatıb.

Verilən xəbərlərə görə, hazırda Kupyanskoe ən isti yerlərdən biri olaraq qalır. Orada 24 saat ərzində rusların 21 hücumu dəf edilib. O cümlədən, ruslar Xarkov vilayətinin Sinkovka və Luqansk vilayətinin Stelmaxovka ərazisində Ukrayna Silahlı Qüvvələrinin mövqelərinə də basqın ediblər. Ənənəvi olaraq, düşmən Avdeevka istiqamətində də fəal olub. Orada gün ərzində ukraynalı müdafiəçilər düşmənin 31 hücumunu dəf ediblər.

Qeyd edilir ki, Ukraynalı müdafiəçilər Avdeevkanı mühasirəyə almaq cəhdlərindən əl çəkməyən düşməni saxlamağa davam edirlər.

...Əsgərlərimiz müdafiəni mətanətlə saxlayır, işğalçılara xeyli itki verir.

Ukrayna tərəfi deyir bunu.

Baxmut istiqamətində Ukrayna hərbçiləri düşmənin 5, Maryinsk istiqamətində isə eyni sayda hücumunu dəf ediblər.

Zaporojye istiqamətində isə Ukrayna Müdafiə Qüvvələri düşmənin üç hücumunu dəf edib.

Xerson istiqamətində Ukrayna əsgərləri körpübaşının genişləndirilməsi üzrə tədbirləri davam etdirir. Düşmən gün ərzində 23 uğursuz hücum əməliyyatı keçirib, layiqli cavab alıb və geri çəkilib.

Təbii ki, bunu Ukrayna tərəfi bəyan edir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə