İraqın paytaxtı Bağdadda xəstəliyi səbəbindən xəstəxanaya yerləşdirilən yaşlı dilənçinin ölümündən sonra milyonçu olduğu üzə çıxıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, dilənçinin ölümündən sonra onun iki bacısı vəsiqəsini almaq üçün getdikləri evdə milyonlarla İraq dinarı və torbalarda qızıl tapıblar. Pul və qızılları maşına yükləyərkən, kənardan görülərək polisə xəbər verilib. Polisin evə baxışı zamanı qızılla birlikdə 380 min dollardan çox pul da tapılıb. Polis ölən qadının bacılarını saxlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB