“Arctic LNG-2”-nin xarici səhmdarları layihədə iştirakını dayandırıb və zavodun maliyyələşdirilməsi ilə bağlı öhdəliklərindən imtina etdilər.
SİA bəzi qaynaqlara istinadən xəbər verir ki, bu barədə “Kommersant”a hökumətdəki mənbə bildirib.
Mənbəənin sözlərinə görə, bu həm də o deməkdir ki, onlar maye qazın tədarükü üzrə offtake müqavilələrini yerinə yetirməyəcəklər.
Qeyd edək ki, burada söhbət Çinin CNPC və CNOOC şirkətlərindən, Yaponiyanın Mitsui və JOGMEC konsorsiumundan, eləcə də Fransanın TotalEnergies şirkətindən gedir. Xatırladaq ki, onların hər biri “Arctic LNG-2”-də 10 faizə, NOVATEK isə 60 faizə sahib idi.
Layihə tərəfdaşları öz paylarına mütənasib miqdarda maye qaz almaq hüququna malikdirlər. Beləliklə, NOVATEK ildə 12 milyon ton, xarici səhmdarlar isə 2 milyon ton ala bilər.
Lakin səhmdarlar maye qazı geri almaqdan imtina etdikdən sonra layihənin 9,5 milyard avro məbləğində xarici maliyyələşdirmə üzrə defolt təhlükəsi yarada biləcək uzunmüddətli müqavilələri yoxdur.
“Arctic LNG-2” layihəsi hər birinin gücü 6,6 milyon ton olan üç texnoloji xəttin tikintisini nəzərdə tutur. Birinci xəttin istismara verilməsi dekabrın ortalarında baş tutub və onun üzrə daşınmalara gələn yanvarda başlanmalıdır. İkinci xəttin 2024-cü ildə, üçüncü xəttin isə 2025-ci ildə istifadəyə verilməsi nəzərdə tutulurdu. Bununla belə, NOVATEK rəhbəri Leonid Mixelson son tarixlərin dəyişə biləcəyini etiraf etdi.
Yeri gəlmişkən, noyabr ayında Birləşmiş Ştatlar “Arctic LNG 2”-yə qarşı sanksiyalar tətbiq edərək, 31 yanvar 2024-cü il tarixini onunla bağlı əməliyyatları tamamlamaq üçün son tarix kimi təyin edib.
…Məqsədimiz bu layihəni öldürməkdir. Biz bunu sanksiyalar tətbiq etməklə, G7 tərəfdaşlarımızla işləməklə edirik.
ABŞ dövlət katibinin enerji məsələləri üzrə köməkçisi Geoffrey Pyatt bildirib bunu.
…Dekabrın 21-də NOVATEK alıcılara Arctic LNG 2-dən mayeləşdirilmiş təbii qazın gələcək tədarükü ilə bağlı fors-major bildirişlər göndərdi. Reuters-in məlumatına görə, mesajlar İspaniyanın Repsol şirkəti, həmçinin Çinin Shenergy Group və Zheijang Energy şirkətləri tərəfindən qəbul edilib.
Və bundan sonra Çin CNPC və CNOOC ABŞ hökumətindən “Arctic LNG 2”-yə qarşı sanksiyalardan istisna etməyi xahiş etdi. Poten & Partners qeyd edib ki, layihənin yapon səhmdarları Amerika hakimiyyət orqanlarına eyni tələblə müraciət ediblər.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB