Cənubi Koreyada 23 mərtəbəli binada yanğın baş verib

Cənubi Koreyada 23 mərtəbəli binada yanğın baş verib

Cənubi Koreyada 23 mərtəbəli binanın üçüncü mərtəbəsində naməlum səbəbdən yanğın baş verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, ürəyinin dayandığı müəyyən edilən 30 yaşlarında iki kişi və 70 yaşlı qadın ilkin tibbi yardımdan sonra xəstəxanaya aparılıb.

Binada olan 28 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri və tüstüdən zəhərlənmə kimi şikayətlərlə xəstəxanaya yerləşdirilib. Yanğınsöndürənlərin 3 saatlıq fəaliyyətindən sonra yanğın söndürülüb, 200 nəfərin təxliyəsi barədə göstəriş verilib. Binada 17 mənzilə ziyan dəyib. Polis və yanğınsöndürənlər hadisənin səbəbinin araşdırıldığını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə