Roma Papası katoliklərə çağırış edib

Roma Papası katoliklərə çağırış edib

Roma Papası Fransisk katolikləri Milad bayramını sadə şəkildə və israfçılığa yol vermədən qeyd etməyə çağırıb. SİA xəbər verir ki, bu barədə Vatikanın yerli məlumatı məlumat yayıb.

“Gəlin bayramı istehlakçılıqla qarışdırmayaq!” – deyə xalqa çağırış edib. Pontifik katoliklərdən bayram üçün yoxluqdan əziyyət çəkənlərlə paylaşmağı xahiş edib. Papa dünyada gedən silahlı münaqişələri də xatırladıb.

“Biz bədbəxtlikdən, aclıqdan, köləlikdən əziyyət çəkənləri də düşünürük”, - deyə o vurğulayıb.

Qeyd edək ki, dünya katolikləri hər il dekabrın 25-nə keçən gecə Məsihin Doğum Gününü qeyd edirlər. Bu bayramı həmçinin protestantlar və bir sıra yerli pravoslav kilsələri də qeyd edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə