Böyük Britaniya Qayana sahillərində hərbi gəmi yerləşdirəcək

Böyük Britaniya Qayana sahillərində hərbi gəmi yerləşdirəcək

Britaniya hakimiyyət orqanları Essekibo ilə bağlı ərazi mübahisəsində öz dəstəyini ifadə etmək üçün Qayana sahillərinə patrul gəmisi yerləşdirmək qərarına gəlib. SİA bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Xatırladaq ki, bu həftə xarici işlər nazirinin müavini Devid Routli bildirib ki, Böyük Britaniya Essekibo ətrafında yaranan ərazi məsələsində Qayanaya dəstəyini ifadə edir.

Böyük Britaniya Müdafiə Nazirliyinin nümayəndəsi vəziyyəti şərh edib.

“Böyük Britaniya daha güclü qonşusu Venesuelanın ərazi iddiaları ilə üzləşdiyi üçün keçmiş Britaniya koloniyasına dəstək nümayişi olaraq Qayana sahillərinə patrul gəmisi yerləşdirəcək”, - deyə o bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə