İsrail ordusu Qəzzada oğurlanmış 5 girovun cəsədini tapıb

İsrail ordusu Qəzzada oğurlanmış 5 girovun cəsədini tapıb

İsrail hərbçiləri Qəzza zolağında Cəbəliyyə əməliyyatı zamanı oktyabrın 7-də Fələstinin radikal HƏMAS hərəkatı tərəfindən qaçırılan beş girovun cəsədini aşkarlayıb.

SİA xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

...Cəbəliyyədə Qəzza zolağında HƏMAS-ın şimal qərargahı kimi xidmət edən və HƏMAS tərəfindən silah saxlamaq, hərəkət etmək və döyüşmək üçün istifadə edilən strateji tunellər şəbəkəsi aşkar edilib. Əməliyyat zamanı əsgərlər 5 girovun cəsədini tapıb çıxarıblar.

Mətbuat xidməti qeyd edib ki, Cəbəliyyədə bir çox qollu iki səviyyəli HƏMAS tunelləri şəbəkəsi aşkar edilib. Belə ki, birinci səviyyə yerin 10 metr altına, ikinci səviyyə səthdən onlarla metr aşağıda olub.

Əməliyyatdan sonra tunellər şəbəkəsi məhv edilib.

Bunu ordu idarəsi əlavə edib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə