Qazaxıstanda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün icbari barmaq izi tətbiq ediləcək.
Qazaxıstan hakimiyyəti 16 yaşdan yuxarı bütün əcnəbilərin barmaq izindən keçməli olacağı qanunu qəbul edib. SİA bu barədə rus saytlarına istinad edir.
Qeyd olunur ki, respublika vətəndaşları üçün bu prosedur könüllü olacaq.
Bundan əlavə, əcnəbi vətəndaşlardan fərdi identifikasiya nömrəsi almaq üçün qeydiyyat orqanlarına gəlmələri tələb olunacaq.
Əvvəllər qazaxıstanlılardan barmaq izlərinin götürülməsi proseduru pasport alarkən və ya sənədlərin bərpası zamanı da məcburi olacaqdı.
Barmaq izinin alınması haqqında qanun gələn ilin əvvəlindən qüvvəyə minəcək.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB