Belqradda seçkinin nəticələri ilə razılaşmayan müxalifət nümayəndələri şəhər administrasiyasına toplaşaraq içəri keçməyə cəhd ediblər. Etirazçılar binanın qapılarında şüşələri sındırıblar. SİA xəbər verir ki, “Azadlıq” radiosunun Balkan xidmətinin məlumatına görə, polis gözyaşardıcı qazla cavab verib.
Serbiyada müxalif “Serbiya zorakılığa qarşı” blokunun elan etdiyi etiraz aksiyaları yeddinci gündür ki, davam edir. Onun nümayəndələri növbədənkənar parlament və bələdiyyə seçkilərinin nəticələrini elan etdikdən sonra hakimiyyəti səsləri oğurlamaqda ittiham edərək, Belqrad şəhər məclisində hakim koalisiyanın qələbəsinin “mümkün olmadığını” bildiriblər.
Dekabrın 24-də növbəti etiraz aksiyasına toplaşan müxalifət nümayəndələri Belqrad administrasiyasının binasına getmək və meriyanın eyvanından çıxış etmək istədiklərini bildiriblər. Etirazçılar içəri girmək istəyərkən binanın kənarında olan polis əməkdaşı bu hərəkətlərin qanunsuz sayılacağını bildirib.
Serbiyanın Demokratik Partiyasının liderlərindən biri Srdjan Milivojeviç polisi “xalqın tərəfini tutmaq” üçün binanı tərk etməyə çağırıb.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB