ABŞ Arktikada sərhədlərini genişləndirir..?

ABŞ Arktikada sərhədlərini genişləndirir..?

ABŞ-ın Arktikada sərhədlərinin genişləndirilməsi qəbuledilməzdir. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə RİA Novosti-yə Dövlət Dumasının Arktika üzrə Komitəsinin rəhbəri Nikolay Xaritonov bildirib.

O qeyd edib ki, Vaşinqtonun Arktikada kontinental şelfinin öz hissəsinin artırılması ilə bağlı bəyanatları gərginliyin artmasına gətirib çıxarır.

...İlk növbədə, Rusiya öz vaxtında etdiyi kimi, bu ərazilərin geoloji kimliyini sübut etmək lazımdır.

Bunu deyən Xaritonov xatırladıb ki, Rusiyanın Arktika əraziləri ilə bağlı müraciətinə BMT-nin alt komitəsi baxıb.

Bundan əvvəl Dövlət Departamenti Arktika və Berinq dənizində kontinental şleyfin artdığını açıqlamışdı. Bloomberg-in məlumatına görə, bununla əlaqədar olaraq, ABŞ elektromobillər üçün akkumulyatorların istehsalı üçün faydalı qazıntılara, eləcə də neft və qaz yataqlarına çıxış əldə etməyi gözləyir.

Xatırladaq ki, Arktika və Berinq dənizinin qeyd olunan zonası artan strateji əhəmiyyətə malikdir. Təsadüfi deyil ki, hazırda Amerika ilə yanaşı, Rusiya və Kanada da buna iddia edirlər.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə