Çin xaricdə təhlükəsizliyi təmin etmək üçün öz PMC-lərini yaradacaq
Çin dünyanın əlverişsiz bölgələrində xarici layihələrin təhlükəsizliyini təmin etmək üçün öz şəxsi hərbi şirkətlərini inkişaf etdirmək niyyətindədir.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri “South China Morning Post” yayıb.
Qeyd edək ki, Çin hakimiyyəti ilk növbədə Qərbi Asiya, Afrika və Latın Amerikasını təhlükəsizliyə təhdid yaradan bölgələr hesab edir.
Pekin Rusiya və Ukraynada, eləcə də ABŞ və Avropa İttifaqında terrorçu kimi tanınan İsrail və Fələstinin HƏMAS qruplaşmasının müharibələri səbəbindən Çin şirkətlərinin təhlükəsizliyini özəl mühafizə şirkətləri hesabına təmin etmək zərurəti barədə düşünür.
“South China Morning Post” Çinin son vaxtlar təkcə diplomatik təmaslara deyil, həm də özəl mühafizə şirkətlərinin işinə diqqət yetirdiyinə aydınlıq gətirir.
Xüsusilə, Çin dövlət şirkətlərinin layihələri təsdiq edilərkən, təhlükəsizlik zəmanətləri indi ayrıca bənd kimi göstərilir.
Yeri gəlmişkən, “South China Morning Post”-un məlumatına görə, bu gün dünyada Çin kapitallı 47 minə yaxın şirkət fəaliyyət göstərir.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB