Avropa diplomatiyasının rəhbəri Josep Borrell Rusiyanı qorxutmaq üçün Avropa ölkələrini Moskvanın Ukrayna münaqişəsində qələbəsinin qarşısını almağa çağırıb.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu fikirləri Dövlət Dumasının beynəlxalq məsələlər komitəsi sədrinin birinci müavini Svetlana Jurova deyib.
Deputatın sözlərinə görə, siyasətçinin bəyanatı onunla bağlıdır ki, bütün Avropa dövlətləri Kiyevi əlavə maliyyələşdirməyə hazır deyil.
...Avropa diplomatiyasının rəhbəri Josep Borrell avropalıları Rusiyanın Ukrayna münaqişəsində qalib gəlməsinin qarşısını almaq üçün hər cür səy göstərməyə çağırıb. O qeyd edib ki, bunun üçün kursu dəyişmək, bütün imkanları səfərbər etmək lazımdır. Onun fikrincə, Kiyev uduzsa, Moskva “məhdud ərazi qələbəsi” ilə kifayətlənməyəcək.
Bunu deyən rusiyalı siyasətçi əlavə edib ki, Avropa İttifaqı uzun müddət ərzində yüksək intensivlikli münaqişəyə hazırlaşmalıdır.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB