Rusiyada kadr çatışmazlığı təxminən 5 milyon nəfər qiymətləndirilir

Rusiyada kadr çatışmazlığı təxminən 5 milyon nəfər qiymətləndirilir

Rusiyada 2022-2023-cü illərdə işçi qüvvəsi çatışmazlığı xeyli dərəcədə artıb.

SİA-nın əldə etdiyi məlumata görə, “İzvestiya” qəzeti yazır ki, bu barədə Rusiya Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun elmi işçisi Nikolay Axapkin bildirib.

Rosstat məlumatlarına da istinad edən ekspertin hesablamalarına görə, cari ilin sonunda ölkədə təxminən 5 milyon işçi yoxdur.

Belə ki, cari ilin ortalarına qədər vakant yerləri tutmaq üçün işçilərin əmək haqqı fondunun 6,8 faizi tələb olunurdusa, ötən il 5,8 faiz işçi çatışmazlığı yaranıb.

Axapkin qeyd edib ki, bütün sənaye sahələrində 2023-cü ildə işçi çatışmazlığı təxminən 4,8 milyon nəfər olub.

Onun sözlərinə görə, Rusiyada işçi qüvvəsi çatışmazlığı son iki ildə kəskin şəkildə artıb. Ekspert əlavə edib ki, bunun nəticəsi artıq Rusiya iqtisadiyyatının artım tempinin aşağı düşməsi olub.

Daha əvvəl Rusiya Federasiyasının Baş nazirinin müavini Tatyana Qolikova qeyd edib ki, Rusiya 2030-cu ilə qədər əlavə 2 milyon işçiyə ehtiyac duyacaq, ən çox ehtiyac istehsal sektorunda, eləcə də nəqliyyat və logistikadadır.

Rusiya Federasiyasının Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Anton Kotyakov bəyan edib ki, 2030-cu ilə qədər Rusiya iqtisadiyyatının 73 milyondan çox insana ehtiyac duyacaq.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə