Serbiya hakimiyyəti Priştina ilə regionun şimalındakı vəziyyətlə bağlı danışıqlara baxmayaraq, Kosovonun müstəqilliyini tanımaq niyyətində deyil.
SİA-nın əldə etdiyi məlumata görə, “Respublika” nəşri xəbər verir ki, bunu Serbiya prezidenti Aleksandr Vuçiç deyib.
Bazar günü Vuçiç xalqa müraciət edib. O, katolik dindarlarını Milad bayramı münasibətilə təbrik edib, Serbiyanın qarşıdakı 4 ildə nə gözləyəcəyini bildirib, həmçinin Kosovo və Metoxiyadakı vəziyyətə toxunub.
...Serbiya Kosovonun müstəqilliyini tanımır! Serbiya qondarma Kosovonun BMT-yə üzvlüyü yolunda öhdəliklərə və yardımlara da razı deyil.
Bunu deyən Vuçiç vurğulayıb ki, Belqrad razılaşmaların üzərinə düşən hissəni yerinə yetirib və həmişə kompromis əldə etməyə çalışıb.
Serbiya müstəqilliyini tanımadan Kosovo ilə normallaşmaya hazır olduğunu açıqlayıb Bununla belə, özünü Kosovonun rəhbəri adlandıran Albin Kurti serb və alban əhalisi arasında münasibətlərin normallaşması ilə bağlı “heç bir razılaşmanı həyata keçirmək istəmir”.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB