Ukraynada müharibə zamanı itkin düşən rus əsgərinin anası Rusiya ordusunda böyük itkilərdən danışıb. Onun sözlərinə görə, Xarkov vilayətinin işğalı zamanı 7 mindən çox hərbçi həlak olub.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə o, “Tell Gordeeva” proqramına müsahibəsində danışıb.
Qadın ötən ilin martında Xarkov vilayətinin Malaya Roqan kəndində yoxa çıxan 19 yaşlı oğlu Kirili axtarır.
Onun sözlərinə görə, Malaya Roqan və Tsirkunov bölgəsində aktiv döyüşlər zamanı 7 mindən çox rus hərbçisi həlak olub.
Qeyd edək ki, bu ilin fevralında qadının əhvalatını “Sever.Realii” nəşrinin jurnalistləri danışıb.
Qadın bildirib ki, oğlu bir ay Xarkov vilayətinin Malaya Roqan kəndində digər hərbçilərlə birlikdə - fevralın 25-dən martın 25-dək olub.
Onun dediyinə görə, itkin düşən oğlu ona evlərdən birinin zirzəmisindən zəng edərək bildirib ki, yaşayış məntəqəsi əks-hücum zamanı Ukrayna, digər tərəfdən isə Rusiya hərbçiləri tərəfindən atəşə tutulub.
O, sonra rus komandanlığının kənddəki hərbçiləri qoyub qaçdığını bildirib.
Ananın dediyinə görə, oğlu ilə olan əsgərlərin əksəriyyəti silahsız və dəbilqəsiz olublar.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB