Son iki gündə Qəzza zolağında 14 İsrail əsgəri ölüb

Son iki gündə Qəzza zolağında 14 İsrail əsgəri ölüb

Qəzza zolağında şənbə və bazar günləri İsrail Müdafiə Qüvvələrinin 14 əsgəri öldürülüb. SİA-nın əldə etdiyi məlumata görə, bunlar ABŞ və Avropa İttifaqı tərəfindən terror qruplaşması kimi tanınan HƏMAS qruplaşmasına qarşı İsrailin quru əməliyyatı zamanı ən ağır itkiləri kimi dəyərləndirilir.

Ümumilikdə, rəsmi məlumatlara görə, Qəzzada əməliyyat başlayandan indiyədək 153 hərbçi həlak olub. Bu, 2006-cı ildə Livan müharibəsi zamanı olduğundan çoxdur. Oktyabrın 7-də HƏMAS-ın İsrailin cənubuna hücumundan sonra ümumilikdə 486 İsrail əsgəri həlak olub.

“Associated Press” qeyd edir ki, İsrail əsgərləri arasında ağır itkilər İsrail ordusunun hücumlarına baxmayaraq, cihadçıların hələ də müqavimət göstərdiyini göstərə bilər.

Eyni zamanda, İsrailin baş naziri Benyamin Netanyahu bazar günü hökumətin iclasında ölkəsinin öz məqsədinə - HƏMAS qruplaşmasının məhvinə nail olmaq üçün sona qədər gedəcəyini bildirib.

Qeyd edək ki, Baş nazir İsrailin bunun üçün yüksək qiymət ödəməli olacağını da etiraf edib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə