Daha üç ukraynalı uşaq geri qaytarılıb...

Daha üç ukraynalı uşaq geri qaytarılıb...

Rusiyanın işğal etdiyi ərazilərdən daha üç uşaq Ukraynaya qaytarılıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Ukraynanı xilas et” xeyriyyə fondunun rəhbəri Nikolay Kuleba bildirib.

Səkkiz yaşlı Elişa tammiqyaslı işğalın başlamasından sonra Rusiya tərəfindən işğal edilmiş Xerson vilayətinin bir hissəsində nənəsi ilə birlikdə yaşayırdı. Ana isə Odessada yaşayırdı. Nənəsinin ölümündən sonra işğal hakimiyyəti uşağı internat məktəbinə yerləşdirib.

...Anası səhhətinə görə oğlunu götürməyə gedə bilmədiyi üçün qadının əmisi oğlu uşağı götürməyə gedib.Lakin qadının bütün lazımi sənədləri olmasına baxmayaraq, heç nə izah etmədən uşağı ona verməyiblər.

Sonradan Federal Təhlükəsizlik Xidməti tərəfindən bir neçə saatlıq sorğu-sualdan keçməli olan uşağın xalası oğlanı götürə bilib.

Elişa ilə birlikdə daha iki uşaq - Andrey və Mixail qardaşları da geri qaytarılıb.

Qeyd edək ki, Ukraynada onlar itkin düşənlər siyahısına salınmışdı.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə