Türk Ordusunun zərərsizləşdirdiyi terrorçuların sayı 30-a yüksəldi

Türk Ordusunun zərərsizləşdirdiyi terrorçuların sayı 30-a yüksəldi

Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında apardığı “Pəncə-Kilid” antiterror əməliyyatı bölgəsində zərərsizləşdirilən terrorçuların sayı 30-a yüksəlib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Yaşar Güler açıqlayıb.

Bildirilib ki, ötən iki gün ərzində terrorçuların Türk əsgərlərinə hücumundan sonra terror təşkilatına daha bir zərbə Suriya sərhədindən endirilib. Türkiyənin Milli Kəşfiyyat İdarəsi tərəfindən PKK-nın Ayn Əl Ərəb üzrə qondarma lideri zərərsizləşdirib.

Türkiyə Silahlı Qüvvələri tərəfindən bölgədə keçirilən hava hərəkatı ilə terrorçulara məxsus 29 hədəf, Türkiyə sərhədləri daxilində isə 58 sığınacaq məhv edilib, çox sayda silah-sursat ələ keçirilib.

Nazir Güler yaralı əsgərləri ziyarət edib.

Bütün xəbərlər Facebook səhifəmizdə