Prezident Ərdoğan şəhid əsgərlər üçün başsağlığı verib

Prezident Ərdoğan sosial media hesabından paylaşım edib
Prezident Ərdoğan şəhid əsgərlər üçün başsağlığı verib

Dövlət başçısı "İraqın şimalında separatçı xainlərin həyata keçirdiyi hücumlarda şəhid olan qəhrəman əsgərlərimizə Allah rəhmət eləsin, ailələrinə, yaxınlarına və millətimizə başsağlığı verirəm” deyib.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, Prezident Ərdoğan sosial media hesabından paylaşım edib:

"Separatçı xainlərə tökdükləri qana görə cavab verildi və bu davam edir. Son terrorçu məhv edilənə qədər terroru mənbəyində məhv etmək strategiyamızı qətiyyətlə həyata keçirməyə davam edəcəyik.

Türkiye nəyin bahasına olursa olsun İraqın şimalında və Suriyada terror təşkilatına icazə verməyəcək. Biz imperialistlərlə müqavilə bağlayan qatil dəstələrinə qarşı mübarizəmizdən qətiliklə geri çəkilməyəcəyik.

Qanlı cinayətkarlar da, separatçı təşkilata dəstək verənlər də gec-tez başa düşəcəklər ki, bölgəmizin gələcəyində terrora yer yoxdur. Sərhədlərimizin daxilində və xaricində terrorçulara aman verməyən bütün təhlükəsizlik qüvvələrimizə Uca Allahdan uğurlar diləyirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə