Moskva vilayətində yoldan keçən şəxs çayın yaxınlığında yüklənmiş xarici qumbaraatan tapıb. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri dekabrın 24-də “Shot Telegram” kanalı yayıb.
Hadisə Moskva çayının sahilində, Rıbolovo kəndi yaxınlığında (Ramenski şəhər dairəsi) baş verib. Silahı tapan yerli sakin polisə müraciət edib. Gələn mütəxəssislər qumbaraatana baxış keçiriblər.
Məlum olub ki, içəridə döyüş sursatı olub, silahın gövdəsinə yad nişanlar vurulub. Hazırda silahın sahibinin müəyyən edilməsi üçün araşdırmalara başlanılıb.
Xatırladaq ki, bundan əvvəl Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları qaz balonunun içərisində gizlənmiş silah anbarı aşkar ediblər.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB