Sandu növbəti dəfə prezident olmaq istəyir

Sandu növbəti dəfə prezident olmaq istəyir

Moldova prezidenti Maia Sandu respublikanın Avropa İttifaqına daxil olması ilə bağlı referendumun 2024-cü ilin payızında keçirilə biləcəyini deyib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Jurnal.md.” yazır.

O, həmvətənlərini Kişinyovun Avropaya inteqrasiya kursunu dəstəkləməyə çağırıb və dövlət başçısı vəzifəsinə yenidən namizədliyini irəli sürdüyünü açıqlayıb.

Bizim gələcəyimiz Avropa ailəsindədir və Moldova üçün hansı yolu seçdiyimizi bütün ölkəyə açıq şəkildə söyləmək lazımdır.

...Mən parlamentdən xahiş edirəm gələn payızda vətəndaşların səsinin həlledici olacağı referendumun təşkilinə təşəbbüs göstərsin.

Bunu deyən Sandu, əlavə edib ki, prezident olduğu müddətdə “Avropaya inteqrasiya missiyasını” yerinə yetirmək öhdəliyi götürüb və bu məsələdə Avropa İttifaqı ölkələrinin dəstəyini istəyib.

Sandu qeyd edib ki, respublika hələ də bu yolda mühüm addımlar atmalıdır və mövcud hökumətin uğur üçün vətəndaşların dəstəyinə ehtiyacı var.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə