İlk yayım gününün nəticələrinə əsasən, “Aquaman and the Lost Kingdom” filmi ABŞ-də cəmi 13,7 milyon dollar qazanıb. SİA xəbər verir ki, Ceyson Momoanın baş rolda çəkildiyi ekran əsərinin öz ölkəsində ilk həftəsonu üçün təxminən 40-45 milyon dollar qazanacağı proqnozlaşdırılır ki, bu da DC film kainatı üçün ən pis nəticələrdən biri ola bilər.
Hətta tamaşaçıların kinoteatrları tərk etdikdən sonra ona kifayət qədər neytral B qiyməti verdiyini nəzərə alsaq, film ABŞ-də tam uğursuz ola bilər.
Qeyd edək ki, orijinal “Aquaman” “Warner Bros” üçün böyük uğur sayılır. Film 1,15 milyard dollar toplayıb. Lakin bu dəfə vəziyyət çox güman ki, təkrarlanmayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB