Terrorçuların liderləri və 29 hədəf məhv edildi

Terrorçuların liderləri və 29 hədəf məhv edildi

Türkiyə Ordusunun İraq və Suriyanın şimalında terrorçu hədəflərə qarşı apardığı hava əməliyyatları zamanı 29 hədəf məhv edilib. SİA xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

"Aparılan hava əməliyyatları nəticəsində separatçı terror təşkilatı tərəfindən istifadə edilən və içərisində terrorçuların məsul şəxslərinin də olduğu mağara, bunker, sığınacaq, neft obyektləri və anbarlardan ibarət toplam 29 hədəf vurulub. Əməliyyatlarda maksimum sayda yerli və milli silah-sursatdan istifadə edilərək çox sayda terrorçu məhv edilib", - məlumatda deyilir.

Qeyd edək ki, son iki gün ərzində bölgədəki antiterror əməliyyatlarında 12 Türkiyə hərbçisi şəhid olub.

Bütün xəbərlər Facebook səhifəmizdə