Qərb Ukrayna Silahlı Qüvvələrinin ciddi problemindən danışıb

Qərb Ukrayna Silahlı Qüvvələrinin ciddi problemindən danışıb

Ukrayna Silahlı Qüvvələri NATO ölkələrinin doldura bilmədiyi kəskin sursat çatışmazlığı yaşayır.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “Military Watch Magazine” yazıb.

Onun məlumatına görə, mərmi istehlakının sürəti Qərb müttəfiqlərinin istehsal imkanlarını xeyli üstələyir və Alyans ölkələrində ehtiyatların kritik tükənməsi ciddi problemlər yaradıb.

Amerika sursatlarının İsrailə göndərilməsi vəziyyəti daha da ağırlaşdırıb, ABŞ Silahlı Qüvvələri müəyyən kateqoriyalı silahların getdikcə kəskin çatışmazlığını yaşayır.

...ABŞ Senatında Ukraynaya yeni xilasetmə paketinin təsdiqi ilə bağlı çıxılmaz vəziyyətin həll edilib-edilməyəcəyi hələ də qeyri-müəyyən olaraq qalır, lakin maliyyə vəsaiti mövcud olsa belə, ehtiyatların tükənməsi səbəbindən ondan döyüş sursatının alınması üçün istifadə etmək imkanı məhdud olaraq qalır.

Rusların yazdığına görə, məqalədə belə deyilir.

Eyni zamanda, nəşr qeyd edir ki, Moskva öz müdafiə sektoru hesabına silah istehsalının həcmini xeyli artırdığı üçün Rusiya ordusu xüsusi əməliyyatın əvvəli ilə müqayisədə daha yaxşı təchiz olunub.

...Bundan əvvəl “Bild”in baş redaktorunun müavini Pol Ronxeimer bildirib ki, Kiyev hakimiyyəti şəxsi danışıqlarda yaxın gələcəkdə yeni əks-hücum şansının olmadığını etiraf edir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə