Stavropoldakı yarmarkada yumurta 20 rubl ucuz satılıb...

Stavropoldakı yarmarkada yumurta 20 rubl ucuz satılıb...

...Stavropolda keçirilən yarmarka zamanı toyuq yumurtası üçün növbə yaranıb. Yumurtanın əvvəlki qiymətindən 20 rubl ucuz olduğunu eşidən alıcılar uzun növbə yaradıblar.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, beləliklə, ucuz toyuq yumurtası olan yük maşınının yanında böyük izdiham yaranıb.

“Atipik Stavropol” teleqram nəşrinin yazdığına görə, yerli sakinlər yumurta üstündə,..” baş yarırmışlar”.

Qeyd edək ki, alıcıları sakitliyə çağıran təşkilatçılar həftəsonu yarmarkalarının keçiriləcəyini onlara xatırladıblar. Beləliklə, sakinlər 90 rubldan başlayan yumurta ilə yanaşı, digər malları, o cümlədən ət məhsullarını ucuz qiymətə almaq imkanı əldə edəcəklər.

Yeri gəlmişkən, Azərbaycandan Rusiyaya 306 min ədəd yumurtanın ikinci partiyası idxal edilib.

Bu barədə Rusiya Baytarlıq və Fitosanitar Nəzarət Federal Xidməti (“Rosselxoznadzor”) məlumat yayıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə