Vəziyyəti dəyişmək üçün Ukraynaya nə qədər təyyarə lazımdır?

Vəziyyəti dəyişmək üçün Ukraynaya nə qədər təyyarə lazımdır?

…Hava üstünlüyü Rusiyanın Ukraynaya qarşı açdığı müharibədə qələbə qazanmağın çox vacib komponentidir. Döyüş meydanındakı vəziyyəti dəyişmək üçün 100-dən çox təyyarə lazım olacaq.

SİA-nın əldə etdiyi məlumata görə, bu fikri “Kanal 24”-ə İsraildən olan hərbi müşahidəçi Devid Şarp deyib. O qeyd edib ki, Ukraynada Qərb tipli Hərbi Hava Qüvvələri yaratmaq üçün illər lazım olacaq. Onun dediyinə görə, burada söhbət təkcə təyyarənin özündən deyil, digər imkanlardan da gedir.

Məsələn, aviasiyanın tam işləməsi üçün Ukraynaya uzaq mənzilli radar izləyən təyyarə lazımdır. Belə təyyarələr düşmən hədəflərini aşkar edib təsnif etməyə və öz təyyarələrini onlara yönəltməyə imkan verir.

Bundan əlavə, söhbət tanker təyyarələri, yerüstü infrastruktur və bu kimi şeylərdən gedir.

...Ukrayna Hərbi Hava Qüvvələrinə vəziyyəti dəyişmək və yerdə irəliləyişi asanlaşdırmaq üçün yəqin ki, 100-dən çox təyyarə lazımdır. Onların ən azı bir eskadrilyasının “F-16”-nın yeni modifikasiyası olması arzu edilir

İsrailli ekspert qeyd edib bunu.

Havada belə güclü mexanizmin yaradılması da Qərb ölkələrindən siyasi addımlar tələb edir. Eyni zamanda, Şarp vurğulayıb ki, Hərbi Hava Qüvvələrinin inkişafı uzun prosesdir, çünki şəxsi heyətin və pilotların hazırlanması müəyyən vaxt aparacaq.

...Bu, fantaziya deyil, uzun illərin planıdır. Əsas odur ki, başlamaq lazımdır və Ukrayna bunu artıq edib. Düzgün istiqamətdə ən çətin addım atıldı, - deyə hərbi müşahidəçi bildirib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə