...Demək olar ki, 5 milyon Rusiya vətəndaşı yığılan borclarına görə Yeni il bayramları ərəfəsində xaricə səyahət imkanları ilə bağlı məhdudiyyətlərlə üzləşəcək.
SİA-nın əldə etdiyi məlumata görə, “Moskva Tayms” bu barədə Rusiyanın Federal Məhkəmə İcraçıları Xidmətinin mətbuat xidmətinə istinadən xəbər verir.
Qeyd edək ki, 2017-ci ildə, Yeni il öncəsi, 1,8 milyon, 2018-ci ildə - 3 milyon, 2020-ci ildə - 4,1 milyon, 2022-ci ilin dekabrında isə səyahət məhdudiyyətləri 8 milyon borcluya təsir edib. Göründüyü kimi, Rusiyadakı borcluların sayı ildən-ilə artmaqdadır.
Onu da qeyd edək ki, 2023-cü il oktyabrın əvvəlindən xaricə getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı məhkəmə icraçılarının qərarlarının qeyri-müəyyən müddətə qüvvədə olması tətbiq edilib. Əvvəlki 6 aylıq müddət ləğv edilib və indi məhdudiyyətlər borc tam ödənilənə və icra icraatı tamamlanana qədər qüvvədə qalır.
Yeri gəlmişkən, dekabrın 11-də Rusiyada “Pasportların etibarsız olması üçün əsasların vahid siyahısı haqqında” qanun qüvvəyə minib. Buna əsasən, şəxsiyyət vəsiqəsi onun sahibinin şəxsi məlumatları Daxili İşlər Nazirliyinin, Xarici İşlər Nazirliyinin və ya digər federal dövlət qurumlarının məlumat bazalarında olan məlumatlara uyğun gəlmədikdə, müsadirə edilə və ləğv edilə bilər.
Həmçinin səbəblər arasında sənədin itirilməsi və ya yararsız olması, tam adının dəyişdirilməsi, sahibinin ölümü və s. daxildir.
Bundan əlavə, qanun xaricə çıxa bilməyən vətəndaşları pasportlarını depozitə qoymağa məcbur edir. Belə şəxslərin siyahısına hərbi xidmətə çağırılanlar, dövlət sirri ilə tanış olanlar, Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları, cinayət işlərində iştirak edən şəxslər, müflislər və s. daxildir. Əgər kimsə, pasport saxlamağa qərar verərsə, etibarsız sayılacaq və müsadirə olunacaq.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB