Estoniya, Kiyevin xahişi ilə, Ukrayna ilə Estoniyada yaşayan və hərbi xidmətə çağırılan Ukrayna vətəndaşlarının səfərbər edilməsinə köməklik haqqında müqavilə bağlaya bilər. “Postimees” qəzetinin yazdığına görə, bunu Estoniyanın daxili işlər naziri Lauri Lanemets deyib.
SİA-nın əldə etdiyi məlumata görə, Estoniyada 7500-ə yaxın hərbi yaşda olan Ukrayna vətəndaşı yaşayır, lakin onların heç də hamısı səfərbərliyə cəlb olunmur.
Nazir aydınlaşdırıb ki, xaricdə daimi yaşayanlar hərbi xidmətə çağırıla bilməz, lakin Rusiyanın tammiqyaslı işğalı başlayandan sonra gələn və müvəqqəti yaşamaq icazəsi olanlar hərbi xidmətə çağırıla bilər.
"Bizim bu insanların Estoniyada harada yaşaması barədə təsəvvürümüz var. Əgər ehtiyac olarsa, biz bu insanların Estoniyadan Ukraynaya daşınmasında yardım etməyə hazırıq", - nazir bildirib.
O vurğulayıb ki, bundan əvvəl müvafiq sazişin bağlanması lazımdır.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB