İran İsrail və ABŞ Qəzza zolağına atəşi dayandırmasa, Aralıq dənizini blokadaya alacağına söz verib.
SİA-nın əldə etdiyi məlumata görə, bu sözləri general Məhəmməd Rza Nəqdi Tasnim Agentliyi ilə söhbətində deyib.
İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanının müavini Aralıq dənizi ilə yanaşı, Cəbəllütariq və digər su yollarının da bağlanacağına əmin olub.
...Birləşmiş Ştatlar və müttəfiqlərinin törətdiyi cinayətlər davam edərsə onlar tezliklə Aralıq dənizi, Cəbəllütariq və digər su yollarının bağlanması ilə üzləşəcəklər.
Bunu deyən iranlı general, dövlətin su anbarlarının blokadasını konkret olaraq necə planlaşdırdığını açıqlamayıb. Vəziyyətə marağı artıran odur ki, İranın dəstəklədiyi husilər kimi Aralıq dənizinə çıxışı yoxdur.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB