Kiyevdə bolşevik üsyanı iştirakçılarına ucaldılmış abidə sökülüb

Kiyevdə bolşevik üsyanı iştirakçılarına ucaldılmış abidə sökülüb

Kiyevdə, Mariinski parkında 1918-ci il yanvar silahlı üsyanı iştirakçılarına ucaldılmış abidə sökülüb. Bu barədə şənbə günü Kiyev Şəhər Dövlət Administrasiyasının mətbuat xidməti məlumat yayıb. Şəhər hakimiyyətinin məlumatına görə, abidənin çəkisi təxminən 2,5 ton olub. Onun sonrakı taleyi barədə məlumat verilmir.

SİA-nın əldə etdiyi məlumata görə, abidə 1967-ci ildə 1917-ci il Oktyabr İnqilabının 50 illiyi münasibətilə ucaldılmışdı.

...Bu postamentin ideoloji rolu Ukrayna Mərkəzi Radasına və Ukrayna Xalq Respublikasına qarşı silahlı üsyan qaldıran bolşevikləri tərifləməkdən ibarət idi. Onilliklər ərzində sovet və imperiya cəlladları qəhrəmanlarımıza məcbur edildi. İndi düşmənçilikdən qurtulmağın vaxtı gəldi. Mədəni təsir əbədidir.

Kiyev Şəhər Administrasiyasının sədr müavini Anna Starostenko bildirib bunu.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə