Xersonda partlayışlar baş verib

Ukrayna hərbçilərinin nəzarətində olan Xerson şəhərində partlayış səsləri eşidilir. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri Ukrayna hakimiyyətinin təyin etdiyi şəhər administrasiyasının rəhbəri Roman Mroçko verib.

“Şəhərin sahilyanı ərazilərində partlayış səsləri eşidilir”, o, Telegram kanalında yazıb.

Əhalinin xəbərdar edilməsi üzrə rəsmi resursun məlumatına görə, hazırda Xerson vilayətinin Ukrayna hakimiyyətinin nəzarətində olan hissəsində hava xəbərdarlığı elan edilməyib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə