Polkovnik Eldar Səfərov həyat yoldaşı ilə birlikdə Minskdə saxlanılıb

...Bu gün günorta saatlarında SİA Belarus saytlarına istinadən, Belarus Baş Prokurorluğunun sabiq şöbə müdiri Eldar Səfərovun Minskdə həbs edildiyi barədə məlumat yayıb.

Məlumatı sonradan hüquq müdafiəçiləri də təsdiqləyib. Onlar qeyd ediblər ki, həbs ötən həftə baş verib.

O, Cinayət Məcəlləsinin 342-ci “xalq” maddəsi ilə ittiham olunub. Eldarın həyat yoldaşı, vəkil Yuliya Stankeviç də saxlanılıb. Onların harada saxlandığı məlum deyil.

Eldar Səfərov bir sıra səs-küylü məhkəmə proseslərindəki işi ilə tanınır. 2010-cu ildə o, Vaukavıskdan olan sahibkar Mikola Autuxoviçin siyasi motivli işi üzrə məhkəmə prosesində prokuror olub.

Səfərov 2020-ci ilin payızında hakimiyyətdən gedib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə