Zelenski Rusiya və digər ölkələrə qarşı sanksiyalar tətbiq edib

Zelenski Rusiya və digər ölkələrə qarşı sanksiyalar tətbiq edib

Kiyev Rusiya, Ukrayna, Latviya və Böyük Britaniyadan olan 51 nəfərə və 134 hüquqi şəxsə qarşı sanksiya tətbiq edib. Bu barədə Ukrayna prezidenti Vladimir Zelenski fərman imzalayıb.

Vladimir Zelenskinin imzaladığı fərmanın mətnində deyilir: “Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının 23 dekabr 2023-cü il tarixli qərarını qüvvəyə mindirmək qərarına gəlirəm”.

Bununla da 51 nəfərə və 134 hüquqi şəxsə qarşı sanksiyalar qüvvəyə minib. Bunlar təkcə ruslara deyil, həm də Ukrayna və Latviya vətəndaşlığı olanlara aiddir.

SİA-nın əldə etdiyi məlumata görə, siyahıya bir Britaniya vətəndaşı və bir Kipr vətəndaşı da daxil edilib.

Qeyd edək ki, sanksiya tətbiq edilən bir çox şirkət Krımda qeydiyyatdan keçib. Bunlar əsasən İnternet provayderləri və rabitə xidmətləri və ya kabel televiziyası provayderləridir.

Sanksiyalar 10 ilədək müddətə tətbiq edilir. Bundan əvvəl bir sıra Avropa liderləri xüsusi əməliyyat başa çatdıqdan sonra Rusiyaya qarşı sanksiyaların azalacağını bəyan etmişdilər. Lakin “Newsweek” indi bu şərtlə məhdudiyyətlərin qaldırılmayacağını bildirir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə