Suriyanın şimalında 12 terrorçu zərərsizləşdirilib

Suriyanın şimalında 12 terrorçu zərərsizləşdirilib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib: “Pəncə əməliyyatı bölgəsi və Suriyanın şimalında indiyədək 12 terrorçu zərərsizləşdirilib''. SİA bu barədə Tükiyə saytlarına istinad edir.
Rəcəb Tayyib Ərdoğan İstanbul Lütfi Kırdar Beynəlxalq Konqres və Sərgi Mərkəzində keçirilən ''Yüz ilin dəyişimi İstanbul” proqramında çıxış edib.
Prezident Ərdoğan deyib: "Dünən İraqın şimalında separatçı xainlərin həyata keçirdiyi hücumlarda şəhid olan qəhrəman əsgərlərimizə Allahdan rəhmət diləyirəm. Əsgərlərimizin qanı yerdə qalmayıb, separatçı əclaflar törətdikləri əməllərə görə cavab veriblər. Pəncə əməliyyatı bölgəsi və Suriyanın şimalında indiyədək 12 terrorçu zərərsizləşdirilib''.
Prezident Rəcəb Tayyib Ərdoğan çıxışında son terrorçu məhv edilənə qədər terroru mənbəyində məhv etmə strategiyasını qətiyyətlə həyata keçirməyə davam edəcəklərini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə