Oktyabrın 7-dən etibarən İsrailin hücumlarına məruz qalan Qəzza zolağında həlak olan fələstinlilərin sayı 20057 nəfərə, yaralıların sayı isə 53320-yə çatıb.
İsrail ordusunun Qəzza zolağının cənubundakı Xan Yunis və Rəfah ilə şimalındakı Cibaliya şəhərlərinə təşkil etdiyi hücumlarda azı 76 fələstinlini ölüb. SİA bu barədə Tükiyə saytlarına istinad edir.
Qəzzadakı Səhiyyə Nazirliyi Rəfah şəhərində ''səhiyyə fəlakəti"nin yaşandığını açıqlayıb.
Livanda Hizbullahın raket hücumu nəticəsində 1 İsrail əsgəri ölüb, 1-i ağır yaralanıb.
İsrail qüvvələri işğal altındakı İordan çayının qərb sahilinin bir çox bölgəsində gecə saatlarında basqınlar həyata keçirib və çox sayda fələstinlini həbs edib.
Digər tərəfdən Qəzzaya yardımların çatdırılması üçün təcili addımlar tələb edən qətnamə layihəsi Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən qəbul edilib. ABŞ və Rusiya bitərəf qalıb.
Fələstin administrasiyası Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının Qəzzaya yardımın daxil olmasına icazə vermək üçün təcili addımların atılmasını tələb edən qətnamə layihəsinin qəbulunu, gec də olsa, Qəzzada hücumların dayandırılması istiqamətində atılan addım kimi qiymətləndirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB