Üç "Su-34"-ün vurulmasından sonra rus pilotlar uçuşdan imtina edirlər?
Artıq xəbər verildiyi kimi, dekabrın 22-də günorta saatlarında Ukrayna Hərbi Hava Qüvvələri Rusiyanın üç “Su-34” qırıcı-bombardmançı təyyarəsini məhv ediblər.
SİA-nın əldə etdiyi məlumata görə, ruslar artıq, Ukrayna Müdafiə Qüvvələrinin ən son hava hücumundan müdafiə sistemlərindən, xüsusən də Xerson istiqamətində bunu ilk dəfə olmadığından şikayət etməyə başlayıblar.
Bundan əlavə, "Z"-kanallarında təbliğatçılar etiraf etdilər ki, “Zmeiny” yaxınlığındakı insidentdən sonra bir çox rusiyalı pilot uçuşdan imtina etməyə cəhd göstərsələr də, lakin komandanlığın təzyiqi ilə “onları döndərə bildilər”.
Bu arada rusiyalı müxalif jurnalist İqor Yakovenko “Kanal 24”-ə danışarkən rusiyalı pilotların Rusiya hərbi komandanlığının özbaşınalığına qarşı üsyan edə biləcəklərini istisna etməyib.
Maraqlıdır, görən, rusiyalı pilotlar qiyam edə bilərmi?
Məsələ bundadır ki, artıq neçə müddətdir ki, rus ordusunda baraj dəstələri fəaliyyətə başlayıb. Nədir onların məqsədi?
Deməli, baraj dəstələri əsgərlərin döyüş meydanından qaçmasının qarşısını almaq üçün əsas qoşunların arxasına yerləşdirilib.
...Əgər quru əməliyyatından danışırıqsa, bu rolu Kadırovun adamları oynayır. Amma pilotlar üçün belə maneə dəstələri yoxdur, ona görə də...
Deyim ki, bunu da Yakovenko bildirib.
Onun sözlərinə görə, ordunun ən azadlıqsevər hissəsi aviasiyadır. Təbii ki, nizam-intizam var, amma qorxu azdır. Axı insanlar hər gün fərdi olaraq öz həyatlarını riskə atmağa öyrəşiblər. Buna görə də ola bilər ki, aviasiya Rusiya silahlı qüvvələrinin həmin bölmələrinə çevrilsin ki, terrorçu ölkənin ali hərbi rəhbərliyinin tapşırıqlarını yerinə yetirməkdən imtina etsin...
...Rusiya silahlı qüvvələrində qiyamın harada və hansı tərəfdən başlayacağı məlum deyil. Ola bilsin ki, aviasiya layiqli nümunə göstərsin”, - deyə rusiyalı müxalifətçi jurnalist bildirib.
Bununla belə, o qeyd edib ki, Ukraynanın tərəfdaşlarından nə qədər effektiv hava hücumundan müdafiə sistemi almasından çox şey asılıdır.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB