Bəzi ölkələrin vətəndaşlarının vizadan azad edilməsinin təfərrüatları açıqlanıb
Amerika Birləşmiş Ştatları (ABŞ), Kanada və bəzi ərəb ölkələri vətəndaşları üçün 90 gün müddətinə viza azadlığı ölkənin rəsmi qəzetində dərc edilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğanın imzası ilə dərc edilən Prezident fərmanına əsasən, Amerika Birləşmiş Ştatları, Kanada, Bəhreyn Krallığı, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı Krallığı və Oman Sultanlığının ümumvətəndaş pasportu sahiblərinə ümumvətəndaş pasportu veriləcək. Sözügedən qərarın 6458 saylı Əcnəbilər və Beynəlxalq Mühafizə Qanununun 18-ci maddəsinə uyğun olaraq verildiyi bildirilib.
Bu qərarla Türkiyəyə vizasız gedə biləcək ölkələrin sayı 106-ya yüksəlib.
Bütün xəbərlər Facebook səhifəmizdə