Hindistanın Tamilnadu ştatında güclü yağış daşqınlara səbəb olub. SİA xarici mətbuata istinadən xəbər verir ki, yaşayış məntəqələrini su basıb, bəzi yollara ciddi ziyan dəyib.
Hindistanın maliyyə naziri verdiyi açıqlamada son bir həftədə şiddətli yağış və daşqınlar nəticəsində 31 nəfərin həyatını itirdiyini açıqlayıb.
Nazir ölənlərin sayının arta biləcəyini ifadə edib, indiyə qədər 40 mindən çox qapalı qalan adamın xilas edildiyi və xilasetmə işlərinin davam etdiyi bildirilib. Yardım işlərində iştirak edən Hindistan Hərbi Hava Qüvvələrinin personalı evlərində qapalı qalanlara vertolyotdan qida paketləri atıb.
Meteorologiya xidməti ölkə ərazisinə mövsümi normadan artıq yağıntının daxil olduğunu və yağıntının daha 5 gün davam edəcəyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB