“Roskosmos”un direktor müavini mənimsəmədə ittiham olunub

“Roskosmos”un direktor müavini 435 milyon rublu mənimsəməkdə ittiham olunub
“Roskosmos”un direktor müavini mənimsəmədə ittiham olunub

“Roskosmos”un direktor müavini Oleq Frolov böyük miqyasda (435 milyon rubl) dələduzluqda ittiham olunub.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, fərdi sahibkar və kommersiya təşkilatının nümayəndəsinə qarşı da ittiham irəli sürülüb, amma onların adları mesajda göstərilmir.

Müstəntiqlərin fikrincə, müqavilənin icrası zamanı təqsirləndirilən şəxs avadanlıqların alınması üçün ən azı 435 milyon rubl məbləğində büdcə vəsaitini oğurlayıb.

İstintaq Komitəsi əlavə edib ki, məhkəmə təqsirləndirilən şəxsləri həbs edib.

Bundan əvvəl, dekabrın 22-də Moskvanın Basmannı məhkəməsi AES-in Geofizika-Kosmos ASC-nin baş direktoru Yevgeni Fomiçevi xüsusilə böyük miqyasda dələduzluq işi ilə bağlı 2024-cü il fevralın 21-dək həbs edib.

Hazırda məlum deyil ki, bu hallar əlaqəlidir, ya yox...

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə