Zelenski üç Rusiya Su-34-ün məhv edilməsinə cavab verib
“Minnətdaram, Uşaqlar!..”

...Ukraynanın hava hücumundan müdafiəsinin üç “Su-34” qırıcı-bombardmançı təyyarəsinin məhv edilməsi rus pilotlarına Ukraynanın hər bir qatil işğalçıya cavab verəcəyini xatırladır.

SİA bu barədə Ukrayna prezidenti Vladimir Zelenskinin axşam müraciətinə istinadən xəbər verir.

Dövlət başçısı Xerson vilayətində Rusiyaya məxsus üç “Su-34” təyyarəsini məhv edən Ukrayna hərbçilərinə təşəkkür edib.

Zelenskinin sözlərinə görə, bu, Odessa zenit-raket briqadasının işinin nəticəsi olub.

...Minnətdaram, Uşaqlar! Qoy hər bir rusiyalı pilot dəqiq bilsin ki, bizim hər bir rus qatilinə cavabımız necə olacaq: onlardan heç biri cəzasız qalmayacaq.

Bunu Ukrayna prezidenti bəyan edib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə