Parisdə miqrasiya qanununa etiraz aksiyası...

Parisdə miqrasiya qanununa etiraz aksiyası...

Fransada miqrasiya qaydalarını sərtləşdirmək üçün nəzərdə tutulan yeni qanuna qarşı Parisdə etiraz aksiyası keçirilib. SİA-nın əldə etdiyi məlumata görə, RİA Novosti xəbər verir ki, aksiyada yüzlərlə insan iştirak edib.

Agentliyin məlumatına görə, aksiyada əsasən Afrika ölkələrindən olan miqrantlar iştirak ediblər. Etirazçılardan ibarət bir dəstə Respublika meydanından Şatele meydanına doğru yürüş edib.

Onlar əllərində “Hamımız mühacir övladlarıyıq”, “İrqçiliyə qarşı həmrəylik”, “Darmanen qanununa yox” sözləri yazılmış plakatlar tutublar. Bundan əlavə, yol boyu etirazçılar Daxili İşlər Nazirliyinin rəhbəri, qanunun müəllifi Cerald Dermaneni tənqid edən şüarlar səsləndiriblər.

Mitinqi Miqrantların Müdafiəsi Assosiasiyası təşkil etdiyi bildirilir. Qeyd edilir ki, oxşar tədbirlərin Renn, Marsel, Lion, Tuluza, Brest və ölkənin digər şəhərlərində də keçirilməsi planlaşdırılır.

Bundan əvvəl Fransa parlamenti miqrasiyanın sərtləşdirilməsi ilə bağlı qanun layihəsinin mətnini təsdiqləyib. Sənəd xüsusilə cinayət törətmiş əcnəbilərin ölkədən deportasiyasını nəzərdə tutur. Bu qanun layihəsi həm siyasətçilər, həm də sadə vətəndaşlar tərəfindən mübahisələrə və tənqidlərə səbəb olub.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə