Nijni Novqorod məhkəməsi tarix müəllimi və fəal İlya Myaskovskini ordunu “diskreditasiya” ittihamı ilə ona qarşı cinayət işi açaraq 250 min rubl cərimələyib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə "OVD-İnfo" məlumat yayıb.
Qeyd edilir ki, istintaq zamanı məhkəmə onun internetdən istifadəsinə qadağa qoyub. Myaskovski son sözündə qeyd edib ki, bu tədbir Rusiya qoşunlarının Ukraynada irəliləməsinə kömək etməyib.
O, cinayət təqibinə görə özünü dolandırmaq imkanlarının məhdud olduğundan şikayət edib. İttiham tərəfi fəala real cəza verilməsini istəyib: ümumi rejimli koloniyada 3,5 il azadlıqdan məhrumetmə cəzası...
Maraqlıdır ki, Nijni Novqorod nəşrləri Myaskovskini Nijni Novqorodda müharibə əleyhinə aksiyaların sonuncu fəal iştirakçılarından biri adlandırıb.
Və yeri gəlmişkən 2022-ci ildə Cinayət Məcəlləsinə Rusiya ordusunun “diskreditasiyası” ilə bağlı inzibati və cinayət maddələri əlavə edilib. Məhkəmələr hər hansı müharibə əleyhinə çıxışları və orduya qarşı hərbi cinayətlərdə ittihamları nüfuzdan salmış hesab edirlər.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB