Rusiyanın 3 "Su-34" təyyarəsi vurulub

Rusiyanın 3 "Su-34" təyyarəsi vurulub

Bu gün cənub istiqamətində Rusiyaya məxsus 3 ədəd Su-34 qırıcı-bombardmançı təyyarəsinin məhv edilməsi nəticəsində bəzi işğalçılar da həlak olub.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə NV-yə Ukrayna kəşfiyyatındakı mənbə bildirib.

Bu gün Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin komandanı Nikolay Oleşçuk günorta saatlarında düşmənin üç təyyarəsinin məhv edildiyini açıqlayıb. O, bunu Rusiya hərbçilərinin vurulmuş kamikadze pilotsuz uçan aparatlardan biri ilə bağlı gecə “mesajına” cavab adlandırıb.

Hərbi Hava Qüvvələrinin sözçüsü Yuri İqnat təyyarələrin vurulmasını “dövlətimizin kənarında düşməni məhv etmək üçün mükəmməl planlaşdırılmış əməliyyat” adlandırıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə